Azərbaycan Xorvatiyaya neft ixracından qazancını 78 % artırıb

Energetika
  • 19 avqust, 2024
  • 10:36
Azərbaycan Xorvatiyaya neft ixracından qazancını 78 % artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Xorvatiyaya 866 min 671,81 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 547 milyon 257,38 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Xorvatiyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 61 %, dəyəri isə 78,55 dəfə çoxdur.

Xorvatiyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 5,90 % olub.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 14 milyon 696 min 092,26 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Ötən 7 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 9 milyard 225 milyon 936,20 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 892,121 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 16 milyard 99 milyon ABŞ dolları ixracın, 10 milyard 793 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 12,9 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti