Azərbaycan xam neft və neft məhsullarının ixracını artırıb

Azərbaycan xam neft və neft məhsullarının ixracını artırıb Bakı. 13 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycan 5,438 mln. ton xam neft və bitumlu materiallardan alınan xam neft məhsulları ixrac edib.
Energetika
13 Aprel , 2018 10:45
Azərbaycan xam neft və neft məhsullarının ixracını artırıb

Bakı. 13 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycan 5,438 mln. ton xam neft və bitumlu materiallardan alınan xam neft məhsulları ixrac edib.

“Report” bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.

Bu ilin I rübündə ixrac olunan xam neftin miqdarı illik müqayisədə 12% artıb. Bu miqdarda məhsulun dəyəri 2,686 mlrd. ABŞ dolları təşkil edib. Bu isə ötən ilin müvafiq dövründən 35% çoxdur. Xam neft hesabat dövründə Azərbaycanın ümumi ixracının 80,06%-ni tutub.

Yanvar-mart ayları ərzində 276 550 ton neft məhsulları ixrac olunub ki, onun dəyəri 135,958 mln. dollar təşkil edib. Bu ilin I rübündə neft məhsullarının miqdarı illik müqayisədə 41%, dəyəri isə 74% artıb. Neft məhsullarının ümumi ixracda payı 4,05% olub. 

İlin I rübündə qaz ixracının miqdarı isə 938,931 mln. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 42% azdır. Bu miqdarda təbii qazın dəyəri 168,372 mln. dollar olub ki, bu da illik müqayisədə 37% azdır. Təbii qaz ümumi ixracın 5,02%-ni tutub.

Son xəbərlər

Orphus sistemi