Azərbaycan xam neft ixracını 6%-dən çox azaldıb

Azərbaycan xam neft ixracını 6%-dən çox azaldıb Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 67,66% olub.
Energetika
170
20 Oktyabr , 2020 11:11
Azərbaycan xam neft ixracını 6%-dən çox azaldıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 21,832 mln ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 7,158 mlrd ABŞ dolları təşkil edib.

Bu ilin doqquz ayında ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 6,11%, dəyəri isə 36,47% azdır.

Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 67,66% olub.

Son xəbərlər

Orphus sistemi