Azərbaycan Vyetnama neft ixracını 3 dəfə, qazancını 5 dəfə artırıb
- 19 oktyabr, 2022
- 08:55
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Vyetnama 415 min 709,55 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 361 milyon 787,26 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Vyetnama ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin 9 ayı ilə müqayisədə 2,97 dəfə, dəyəri isə 4,97 dəfə çoxdur.
Azərbaycandan Vyetnama ixrac edilən xam neftin ümumi neft ixracında payı 2,13 % olub.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 19 milyon 514 min 162,77 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 14 milyard 897 milyon 429,93 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 814 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 9 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 521 milyon ABŞ dolları ixracın, 10 milyard 293 milyon ABŞ dolları isə idxalın payına düşüb.