Azərbaycan və Qazaxıstan nazirləri OPEC+ razılaşmasını müzakirə ediblər

Azərbaycan və Qazaxıstan nazirləri OPEC+ razılaşmasını müzakirə ediblər Bu gün Azərbaycan və Qazaxıstanın energetika nazirləri Pərviz Şahbazov ilə Nurlan Noğayev arasında iki ölkənin hökumətlərarası komissiyasının növbəti iclasına hazırlıq məsələləri videokonfrans formatında müzakirə olunub.
Energetika
27 Avqust , 2020 21:07
Azərbaycan və Qazaxıstan nazirləri OPEC+ razılaşmasını müzakirə ediblər

Bu gün Azərbaycan və Qazaxıstanın energetika nazirləri Pərviz Şahbazov ilə Nurlan Noğayev arasında iki ölkənin hökumətlərarası komissiyasının növbəti iclasına hazırlıq məsələləri videokonfrans formatında müzakirə olunub.

“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, tərəflər koronavirus pandemiyası ilə bağlı növbəti iclası oktyabr ayında viedokonfrans formatında keçirmək barədə razılığa gəliblər.

Bununla yanaşı, iki ölkənin OPEC+ formatında hasilatın ixtisarına dair əldə olunmuş razılaşmanın icrası ilə bağlı məsələlər də müzakirə edilib.

“OPEC+ formatının iştirakçıları tərəfindən atılan addımlar nəticəsində hazırda neft qiymətlərində müsbət dinamika var” – Qazaxıstan Enerji Nazirliyindən bildirilib.

Son xəbərlər

Orphus sistemi