Azərbaycan və Meksika energetika nazirlikləri arasında hazırlanan əməkdaşlıq sazişi layihəsi üzrə müzakirə aparılıb

Azərbaycan və Meksika energetika nazirlikləri arasında hazırlanan əməkdaşlıq sazişi layihəsi üzrə müzakirə aparılıb Bakı. 26 oktyabr. REPORT.AZ/ Energetika naziri Pərviz Şahbazov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Bakıda səfərdə olan Parlamentlərarası İttifaqın prezidenti, Meksika parlamentinin deputatı xanım Qabriela Kuevas Baronu qəbul edib.
Energetika
26 Oktyabr , 2018 16:41
Azərbaycan və Meksika  energetika nazirlikləri arasında hazırlanan əməkdaşlıq sazişi layihəsi üzrə müzakirə aparılıb
0 : 00
0 : 00

Bakı. 26 oktyabr. REPORT.AZ/ Energetika naziri Pərviz Şahbazov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Bakıda səfərdə olan Parlamentlərarası İttifaqın prezidenti, Meksika parlamentinin deputatı xanım Qabriela Kuevas Baronu qəbul edib.

Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi edən məkan kimi tanındığını vurğulayan energetika naziri genişmiqyaslı forum və konfransların müxtəlif sahələrdə ölkələrarası əməkdaşlığın inkişafına da töhfə verdiyini deyib. Nazir Azərbaycanın neft-qaz ölkəsi kimi keçdiyi inkişaf yolundan bəhs edib. Beynəlxalq neft-qaz şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayan əməkdaşlığın karbohidrogen resurslarının işlənməsi və beynəlxalq bazarlara çıxarılması, qlobal enerji layihələrinin həyata keçirilməsində rolundan danışıb.

Bildirilib ki, Azərbaycan həmişə enerji sahəsində əməkdaşlığa açıq olub, yaradılımış əlverişli mühit ölkəmizi etibarlı və uzunmüddətli tərəfdaşa çevirib. “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması isə Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın əhəmiyyətini artırır.

Görüşdə elektroenergetika sektorunda aparılan islahatlar, bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində planlaşdırılan tədbirlər, Gürcüstan və Türkiyə kimi ölkələrdə həyata keçirilən layihələr, qoyulan sərmayələrlə bağlı məlumatlar da qonağın diqqətinə çatdırılıb.

Xanım Qabriela Kuevas Baron isə Parlamentlərarası İttifaqın bu ilin dekabrında Azərbaycanda Gənc Parlamentarilərin V Qlobal Konfransının keçiriləcəyi barədə məlumat verib. Ölkəsinin enerji sektorunda həyata keçirilən tədbirlərdən, bu sahənin iqlim dəyişiklikləri kimi qlobal çağırışlardan irəli gələn tələblərə uyğun inkişaf etdirilməsindən danışıb, Azərbaycanın nefti insan kapitalına çevirmək siyasəti ilə maraqlanıb.

Söhbət zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. "Azərbaycan Respubliaksının Energetika Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Energetika Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş" layihəsi üzrə müzakirələr aparılıb. 

Son xəbərlər

Orphus sistemi