Azərbaycan və ABŞ "yaşıl enerji"yə keçid layihələrini müzakirə edib

Azərbaycan və ABŞ "yaşıl enerji"yə keçid layihələrini müzakirə edib Azərbaycan və ABŞ arasında "yaşıl enerji"yə keçid layihələri müzakirə edilib.
Energetika
1 İyun , 2023 19:10
Azərbaycan və ABŞ yaşıl enerjiyə keçid layihələrini müzakirə edib

Azərbaycan və ABŞ arasında ətraf mühitin qorunması baxımından bərpa olunan enerji sektorunda innovativ texnologiyalardan istifadənin genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.

Belə ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Payet arasında görüş keçirilib, ölkələrimiz arasında enerji tərəfdaşlığı məsələləri müzakirə edilib, Azərbaycanın “yaşıl” enerji ölkəsi kimi inkişafı ilə bağlı strateji hədəfləri diqqətə çatdırılıb.

Görüşdə ölkəmizin “yaşıl enerji” ölkəsinə transformasiyası (ənənəvi enerji mənbələrindən “yaşıl” enerjiyə keçid) prosesinə ABŞ-ın dəstəyi, ölkəmizin bərpa olunan enerji mənbələri üzrə potensialının reallaşdırılması və səmərəli istifadəsi məsələləri də müzakirə edilib.

17:12

Azərbaycan və ABŞ arasında "yaşıl enerji"yə keçid layihələri müzakirə edilib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də bildirib.

"ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Payet ilə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, Azərbaycanın energetika sahəsində irəli sürdüyü təşəbbüslər və yaşıl enerjiyə keçid istiqamətində həyata keçirilən layihələr barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi