Azərbaycan Ukraynanın ən böyük aviayanacaq təchizatçıları sırasına daxil olub

Azərbaycan Ukraynanın ən böyük aviayanacaq təchizatçıları sırasına daxil olub 2015-ci ildə Ukraynanın ən böyük aviayanacaq təchizatçısı "Ukrtatnafta" olub
Energetika
15 Noyabr , 2016 13:46
Azərbaycan Ukraynanın ən böyük aviayanacaq təchizatçıları sırasına daxil olub

Kiyev. 15 noyabr. REPORT.AZ/ Azərbaycanın 2016-cı ildə Ukraynanın ən böyük aviayanacaq təchizatçıları sırasına daxil olacağı gözlənilir.

"Report"un Ukrayna bürosunun verdiyi məlumata görə, bu barədə Kiyevdə keçirilən "Petroleum Ukraine 2016" Beynəlxalq Neft-Qaz Konfransında "A-95 Konsaltinq qrupu" MMC-nin direktoru Sergey Kuyun bildirib.

"2015-ci ildə aviasiya yanacağı üzrə Ukraynanın ən böyük təchizatçıları "Ukrtatnafta", Belarus və digərləri olub. Bu gün isə bazarda vəziyyət dəyişib və proqnozlara görə, 2016-cı ildə Ukraynanın ən böyük aviasiya yanacağı təchizatçıları "Ukrtatnafta", Litva, Azərbaycan, İsrail, Türkmənistan və başqaları olacaq", - deyə S.Kuyun vurğulayıb.

Qeyd edək ki, "Petroleum Ukraine" Ukraynanın neft-qaz bazarının iştirakçılarının ən böyükillik konfransıdır. Konfransın təşkilatçısı "A-95 Konsaltinq qrupu" MMC-dir.

Son xəbərlər

Orphus sistemi