Azərbaycan Türkiyəyə neft satışından qazancını 5 dəfə artırıb

Energetika
  • 19 may, 2023
  • 11:14
Azərbaycan Türkiyəyə neft satışından qazancını 5 dəfə artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyəyə 589 min 713,76 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 349 milyon 379,28 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2022-ci ilin 4 ayının göstəriciləri ilə müqayisədə 4,3 dəfə, dəyəri isə 5,02 dəfə çoxdur.

Azərbaycandan Türkiyəyə ixrac edilən "qara qızıl"ın ümumi neft ixracında payı 6,38 % olub.

Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan, gömrük bəyannamələrinə əsasən, 9 milyon 235 min 906,05 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 5 milyard 715 milyon 409,95 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 17 milyard 883 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 12 milyard 585 milyon ABŞ dolları ixracın, 5 milyard 298 milyon ABŞ dolları isə idxalın payına düşüb.