Azərbaycan Türkiyəyə neft ixracını 10 dəfə artırıb
- 18 aprel, 2022
- 09:45
Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyəyə 80 min 172,13 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 41 milyon 395,85 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Türkiyəyə ixrac olunmuş xam neftin həcmi 2021-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 10,08 dəfə, dəyəri isə 14,2 dəfə çoxdur.
Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi ixracda payı 1,36 % olub.
Xatırladaq ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycan ümumilikdə 5 milyon 887 min 523,51 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 3 milyard 680 milyon 031,85 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-mart aylarında ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin eyni dövrün göstəriciləri ilə müqayisədə 16,4 % az, dəyəri isə 38,1 % çoxdur.