Azərbaycan Türkiyənin qaz alışında liderliyini qoruyub

Azərbaycan Türkiyənin qaz alışında liderliyini qoruyub Bu ilin aprel ayında Türkiyə Azərbaycandan 916,57 mln kubmetr həcmində təbii qaz idxal edib.
Energetika
29 İyun , 2020 17:16
Azərbaycan Türkiyənin qaz alışında liderliyini qoruyub

Bu ilin aprel ayında Türkiyə Azərbaycandan 916,57 mln kubmetr həcmində təbii qaz idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Bu göstərici ötən ilin aprel ayından 26,44% çoxdur. Türkiyənin ümumi qaz idxalında Azərbaycan yenə də ilk yerdə olub.

Hesabat ayında Türkiyə ümumilikdə 2,633 mlrd kubmetr həcmində qaz idxal edib. Bu həcmin 1,247 mlrd kubmetri LNG, 1,386 mlrd kubmetri boru kəmərləri vasitəsilə nəql edilən qaz olub. Türkiyə idxalında boru kəmərləri ilə nəql edilən qazın həcmini 51,5% azaldıb, LNG qazını isə 1,8 dəfə artırıb.

Türkiyənin qaz idxalında ikinci yerdə Rusiya, üçüncü yerdə Əlcəzair, dördüncü yerdə isə ABŞ qərarlaşıb.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Son xəbərlər

Orphus sistemi