Azərbaycan Tunisə neft ixracını 13 dəfə azaldıb
- 19 oktyabr, 2023
- 06:36
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Tunisə 41 min 585,75 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 23 milyon 587,13 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Tunisə ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 9 ayının göstəriciləri ilə müqayisədə 13,05 dəfə, dəyəri isə 17,31 dəfə azdır.
Tunisə ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 0,21 % olub.
Hesabat dövründə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 19 milyon 876 min 255,4 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 12 milyard 128 milyon 399,72 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 103 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 26 milyard 489 milyon ABŞ dolları ixracın, 12 milyard 614 milyon ABŞ dolları isə idxalın payına düşüb.