Azərbaycan təbii qaz ixracını 23 %-dən çox artırıb

Energetika
  • 16 oktyabr, 2023
  • 14:41
Azərbaycan təbii qaz ixracını 23 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 20 milyard 420 milyon 595,61 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 11 milyard 409 milyon 531,09 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2022-ci ilin ilk 9 ayın göstəricisindən 23,36 % çox, dəyəri isə 5,7 % azdır.

Azərbaycanın ümumi ixracında təbii qazın payı 43,07 % olub.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 103 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 26 milyard 489 milyon ABŞ dolları ixracın, 12 milyard 614 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti