Azərbaycan təbii qaz ixracını 17 % artırıb

Azərbaycan təbii qaz ixracını 17 % artırıb Bu ilin ikinci rübü ərzində Azərbaycandan qaz ixracı ümumilikdə 3,511 milyard kubmetr həcmindən artıq olub
Energetika
16 İyul , 2021 13:40
Azərbaycan təbii qaz ixracını 17 % artırıb

Bu ilin ikinci rübü ərzində Azərbaycandan qaz ixracı ümumilikdə 3,511 milyard kubmetr həcmindən artıq olub.

“Report”un məlumatına görə, bu barədə SOCAR-ın bu ilin II rübündə həyata keçirdiyi qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı yaydığı hesabatda deyilir.

Bildirilir ki, bu, ötən ilin müvafiq dövründəki göstəricidən 17,3 % çoxdur.

Qeyd edək ki, 2020-ci ilin iki rübü ərzində Azərbaycandan ixrac olunan təbii qazın həcmi 2,994 milyard kubmetr təşkil edib.

Son xəbərlər

Orphus sistemi