Azərbaycan təbii qaz ixracını 15 %-dən çox artırıb
- 15 sentyabr, 2023
- 11:48
Bu ilin yanvar-avqust ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 17 milyard 391 milyon 448,11 min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 10 milyard 452 milyon 178,82 min ABŞ dolları təşkil edib.
Hesabat dövrü ərzində ixrac edilən təbii qazın həcmi 2022-ci ilin ilk 8 ayındakı dövründən 15,5 %, dəyəri isə 1,3 % çoxdur.
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 42,92 % olub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 35 milyard 505 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 8 aylıq xarici ticarət dövriyyəsinin 24 milyard 355 milyon ABŞ dolları ixracın, 11 milyard 151 milyon ABŞ dolları isə idxalın payına düşüb.