Azərbaycan Tbilisidə keçirilən enerji konfransında iştirak edir

Azərbaycan Tbilisidə keçirilən enerji konfransında iştirak edir Tədbirdə hidroenergetikanın inkişaf perspektivləri, bu sahəyə investisiya yatırımının effektivliyi kimi məsələlər müzakirə olunur
Energetika
14 Fevral , 2018 11:21
Azərbaycan Tbilisidə keçirilən enerji konfransında iştirak edir
Report

Tbilisi. 14 fevral. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə "Hidroenergetika: Xəzər dənizi və Mərkəzi Asiya olkələri - 2018" adlı beynəlxalq konfrans və sərgi keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycan numayəndə heyətinin iştirak etdiyi konfransda Xəzər dənizi və Mərkəzi Asiya ölkələrində hidroenergetikanın inkişaf perspektivləri, bu sahəyə investisiya yatırımının effektivliyi, enerji təhlükəsizliyi, enərji mübadiləsi və bu sahədə qarşılıqlı əməkdaşliq məsələləri müzakirə olunur.

Konfransda çıxış edənlər hidroenergetika, kiçik və böyük su elektrik stansiyalarının effektivliyi barədə öz olkələrinin təcrübəsini bölüşurlər.

Qeyd edək ki, sabah tədbirdə “Azərenerji” ASC yanında "Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu" MMC-nin Hidrolayihə İdarəsinin baş mühəndisi Cəlaləddin Vəliyev çıxış edəcək, Azərbaycanda bu sahədə gorülmüş işlər, qəbul olunmuş dövlət proqramları barədə məlumat verəcək.

“Report”a açıqlama verən C.Vəliyev bildirib ki, Azərbaycan bir neçə istiqamətdə, o cümlədən elektrik enerjisi sahəsində Rusiya, İran, Gurcüstan və Turkiyə ilə səmərəli əməkdaşlıq edir. Baş muhəndisin sözlərinə görə, bu məsələ konfrans-sərgidə xüsusi qeyd olunub.

Rusiya, Gurcüstan, İran və Turkiyədən olan mütəxəssislər Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqdan məmnuluq ifadə ediblər. Konfransda iştirak edən digər xarici olkələrin nümayəndələri də bu əməkdaşlığı xüsusi qeyd ediblər. Bildirilib ki, bu əməkdaşlıq regionun sosial-iqtisadi inkisafı ilə yanaşı bölgədə sülhə və təhlükəsizliyə xidmət edir.

Son xəbərlər

Orphus sistemi