Azərbaycan Serbiyada elektrik stansiyasının tikintisində iştirak edəcək

Azərbaycan Serbiyada elektrik stansiyasının tikintisində iştirak edəcək Azərbaycan Serbiyada yeni tikiləcək elektrik stansiyası layihəsində müştərək fəaliyyətin təşkili və bu məqsədlə birgə işçi qrupunun yaradılmasında iştirak edəcək.
Energetika
21 Dekabr , 2022 18:05
Azərbaycan Serbiyada elektrik stansiyasının tikintisində iştirak edəcək

Azərbaycan Serbiyada yeni tikiləcək elektrik stansiyası layihəsində müştərək fəaliyyətin təşkili və bu məqsədlə birgə işçi qrupunun yaradılmasında iştirak edəcək.

"Report" xəbər verir ki, bununla bağlı “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevin Serbiyanın Baş nazirinin müavini, maliyyə naziri Sinisa Mali və mədən və energetika naziri Dubravka Djedovic ilə keçirilən görüşdə müzakirə aparılıb.

Görüşdə Serbiya və Azərbaycan dövlətləri arasında münasibətlərin çox yüksək səviyyədə olması və bu əməkdaşlığın artıq dostluq əlaqələrinə çevrilməsi qeyd olunub.

Daha sonra hər iki ölkənin enerji sistemləri barədə məlumatlar verilərək geniş fikir mübadiləsi aparılıb.

Elektrik enerjisinin Azərbaycandan Serbiyaya ixracının yaxın zamanda həyata keçirilməsi və ölkəmizin Avropaya yeni çıxış imkanı yaradacaq enerji dəhlizlərində iştirakı barədə də müzakirələr aparılıb.

Görüşdə iki dövlət arasında mövcud strateji əməkdaşlıq çərçivəsində elektroenergetika sahəsində fəaliyyət göstərən dövlət qurumları və şirkətlərin ölkələrarası işgüzar əlaqələrin möhkəmləndirilməsindəki mühüm rolu qeyd edilib.

Son xəbərlər

Orphus sistemi