Azərbaycan Rusiyaya neft ixracından qazancını 18 %-dən çox artırıb

Energetika
  • 18 oktyabr, 2022
  • 10:55
Azərbaycan Rusiyaya neft ixracından qazancını 18 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Rusiyaya 710,65 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 419,99 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin 9 ayı ilə müqayisədə 2,52 % az, dəyəri isə 18,24 % çoxdur.

Azərbaycandan Rusiyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 0,0036 % olub.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 19 milyon 514 min 162,77 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 14 milyard 897 milyon 429,93 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 814 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 9 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 521 milyon ABŞ dolları ixracın, 10 milyard 293 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti