​Azərbaycan neft istehsal edən ölkələrin görüşündə iştirak edə bilər

​Azərbaycan neft istehsal edən ölkələrin görüşündə iştirak edə bilər Görüşün 20 mart -1 aprel tarixləri aralığında keçirilməsi gözlənilir
Energetika
5 Mart , 2016 01:33
​Azərbaycan neft istehsal edən ölkələrin görüşündə iştirak edə bilər

Bakı. 5 mart. REPORT.AZ/ Rusiya, OPEK ölkələri və və digər neft istehsalçıları arasında görüş 20 mart - 1 aprel tarixləri aralığında keçirilə bilər.

"Report" xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak "Rossiya 24" telekanalına müsahibəsində bildirib.

"Hazırda konkret tarix müəyyən edilməyib, martın 20-dən aprelin 1-dək keçirilməsi təklifləri səsləndirilir", - deyə Novak bildirib.

Onun sözlərinə görə, görüşün Doha, Vyana və ya Rusiya şəhərlərindən birində keçirilməsi nəzərdə tutulub.

Novak, həmçinin bildirib ki, görüşdə Azərbaycan və Qazaxıstan da iştirak edə bilər.

"OPEK və qeyri - OPEK ölkələri arasında məsləhətləşmələr gedir. Mən hazırda sizə ölkələrin konkret siyahısını deyə bilmərəm, çünki bu, bilavasitə ölkələrin özləri tərəfindən həll olunacaq", - deyə Novak əlavə edib.

Nigeriyanın neft nazri Emmanuel Kaçikvu neft hasil edən ölkələrin növbəti görüşünün martın 20-də Rusiyada keçiriləcəyini demişdi.

Son xəbərlər

Orphus sistemi