Azərbaycan Rumıniyaya neft ixracını təqribən 25 %-dən çox artırıb
- 20 dekabr, 2023
- 09:49
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Rumıniyaya 562 min 404,67 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 344 milyon 681,56 min ABŞ dolları təşkil edib.
Bu ilin 11 ayında Azərbaycandan Rumıniyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 25,3 %, dəyəri isə 7,69 % çoxdur.
Azərbaycandan Rumıniyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 2,32 % olub.
Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 24 milyon 199 min 455,59 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 15 milyard 099 milyon 942,85 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 47 milyard 326 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 31 milyard 513 milyon ABŞ dolları ixracın, 15 milyard 813 milyon ABŞ dolları isə idxalın payına düşüb.