​Azərbaycan "Qazprom"la qazın alqı-satqısı üzrə "svop" müqavilə imzalaya bilər - YENİLƏNİB

​Azərbaycan "Qazprom"la qazın alqı-satqısı üzrə "svop" müqavilə imzalaya bilər - YENİLƏNİB Lakin bu, Rusiya tərəfinin təklif edəcəyi qiymətdən asılı olacaq
Energetika
5 Noyabr , 2015 10:42
​Azərbaycan Qazpromla qazın alqı-satqısı üzrə svop müqavilə imzalaya bilər - YENİLƏNİB

İlk xəbər saat 10:10-da verilib

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın "Qazprom" ASC ilə qazın alqı-satqısı üzrə "svop" müqavilənin imzalanması üçün danışıqlar aparır. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.

Şirkətdən bildirilib ki, hazırda Azərbaycanın Rusiya qazından imtina etməsindən söhbət getmir. "Azərbaycanın qazı var, lakin əlavə qaz həcmlərinə ehtiyacımız olacaq. Buna baxmayaraq, bu əməkdaşlıq məqbul qiymət təkliflərindən asılıdır", - deyə SOCAR-dan bildirilib.

Qeyd edək ki, "Qazprom" şirkətinin Azərbaycana gündə 10 mln. kubmetr, illik 2 mlrd. kubmetr qaz nəql edəcəyi nəzərdə tutulur. Həmin qaz SOCAR-ın anbarlarına vurularaq saxlanılacaq. 2016-cı ildən isə bu qaz Dağıstana nəql olunaraq oranı qazla təmin edəcək.

Oktyabrın 20-də "AzMeCo" (Azərbaycan Metanol Zavodu) dünya bazarında metanolun qiymətinin aşağı düşməsinə görə mövcud müqavilədə nəzərdə tutulan qiymətlə "Qazprom" şirkətindən qazın alınmasının zavod üçün sərfəli olmaması səbəbindən qaz alışını dayandırıb. Bu il sentyabrın 11-də "AzMeCo" Rusiyanın "Qazprom Export" şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, "Qazprom" ASC "AzMeCo"ya ildə 2 mlrd. kubmetr həcmində qaz satmalı idi.

Son xəbərlər

Orphus sistemi