Azərbaycan Qazaxıstana neft tranziti ilə bağlı digər marşrutlar da təklif edir

Azərbaycan Qazaxıstana neft tranziti ilə bağlı digər marşrutlar da təklif edir Azərbaycan Qazaxıstana neft tranziti ilə bağlı Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri ilə yanaşı digər marşrutlar da təklif edir.
Energetika
11 Aprel , 2023 12:01
Azərbaycan Qazaxıstana neft tranziti ilə bağlı digər marşrutlar da təklif edir

Azərbaycan Qazaxıstana neft tranziti ilə bağlı Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri ilə yanaşı digər marşrutlar da təklif edir.

“Report” “Kazinform”a istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş nazirin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin bu ilin aprelində Azərbaycan ərazisindən neft ixracı planları ilə bölüşərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin təkliflərindən biri də Bakı-Supsa neft boru kəməridir: “Hazırda biz neft kəmərinin texniki xüsusiyyətlərini hesablayırıq. Böyük həcm də dəmir yolu ilə Batumi və Poti limanlarına daşınır. Hazırda araşdırdığımız ən mühüm məsələ Qazaxıstan və Azərbaycan tərəfdən nəqletmədə yaranan nöqsanların aradan qaldırılması üçün yol xəritəsidir”.

S.Jumanqarin xatırladıb ki, Qazaxıstan və Azərbaycan arasında 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 1,5 milyon ton neftin nəqlinə dair razılıq əldə olunub: “Martda artıq bu prosesə başlanılıb. 20 min ton həcmində olan iki tanker göndərilib. Aprel ayında isə 125 min ton neft nəql ediləcək”.

Xatırladaq ki, Azərbaycan neftini dünya bazarlarına nəql edən boru xətlərindən biri də Qərb İxrac Boru Kəməridir (QİBK). QİBK-ni Bakı-Supsa kəməri də adlandırırlar. Belə ki, kəmər başlanğıcını Səngəçal terminalından götürüb, Gürcüstanın Supsa terminalına qədər uzanır. Bu kəmər "Əsrin müqaviləsi" imzalanandan sonra Azərbaycanın qısa müddətdə yaratdığı neft ixracı sisteminin ayrılmaz bir hissəsidir.

QİBK ilə Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstan üzərindən dünya bazarlarına nəqli həyata keçirilir. Kəmər vasitəsilə xam neft Qara dəniz sahilinə nəql edilərək Supsa terminalında tankerlərə yüklənir və Bosfor boğazından keçməklə Avropa bazarlarına daşınır.

Kəmərin tikintisinə Azərbaycan və Gürcüstan arasında 1996-cı ilin martında imzalanmış Hökumətlərarası Sazişdən sonra başlanılıb. İnşaat işləri 1998-ci ilin noyabrında başa çatıb. Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənib. Aprelin 17-də isə kəmərin rəsmi açılış mərasimi keçirilib.

Kəmərin ümumi uzunluğu 829,6 km-dir. Onun 456,4 km-i Azərbaycandan, 373,2 km-i isə Gürcüstan ərazisindən keçir. Kəmərin gəmiyükləmə qabiliyyəti 600 min bareldən 1 milyon barrelə qədərdir. Kəmərin ötürmə qabiliyyəti gündə 90 min bareldir (maksimum 106 min barel/gün).

Bu qaz kəməri "Azəri-Çıraq-Günəşli" (AÇG) konsorsiumuna aid olduğu üçün səhmdarları AÇG ilə eynidir:

Bakı-Supsa boru kəmərində BP (30,37 %), SOCAR (25 %), "MOL Group" (9,57 %), INPEX (9,31 %), "Equinor" (7,27 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Orphus sistemi