Sabah Bakıda Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçiriləcək.
Nazirlikdən “Report”a verilən məlumata görə, iclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın Energetika naziri
Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət-iqtisadi, yanacaq-energetika, nəqliyyat, loqistika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, mədəniyyət, turizm, təhsil, ətraf mühitin mühafizəsi, gənclər siyasəti, dövlət qulluğu, əqli mülkiyyət sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib. Tədbirdə Hökumətlərarası Komissiyanın 2018-ci il oktyabrın 31-də Qazaxıstanda keçirilmiş 15-ci iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər, ticarət-iqtisadiyyat sahəsində əlaqələrin hazırkı vəziyyəti nəzərdən keçiriləcək, növbəti addımlar müəyyənləşdiriləcək.
Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Birgə Hökumətlərarası Komissiyasının 16-cı iclasının yekunlarına dair Protokol imzalanacaq.