Azərbaycan qaz ixracını 13% artırıb

Azərbaycan qaz ixracını 13% artırıb Bu ilin yanvar-may aylarında Azərbaycanın xaricə qaz satışı 5,6 mlrd kubmetr təşkil edib.
Energetika
24 İyun , 2020 10:01
Azərbaycan qaz ixracını 13% artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın xaricə qaz satışı 5,6 mlrd kubmetr təşkil edib.

Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4% çoxdur.

Cari ilin yanvar-may aylarında Türkiyəyə 4,3 mlrd kubmetrdən çox qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,2 mlrd kubmetr, BTC boru kəməri sisteminə verilən qazın həcmi isə 51 min kubmetrolub. 

Son xəbərlər

Orphus sistemi