Azərbaycan qaz ixracını bir ildə 15 % artırıb

Azərbaycan qaz ixracını bir ildə 15 % artırıb Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın xaricə qaz satışı 10,8 mlrd kubmetr təşkil edib
Energetika
133
19 Noyabr , 2020 13:28
Azərbaycan qaz ixracını bir ildə 15 % artırıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın xaricə qaz satışı 10,8 mlrd kubmetr təşkil edib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin 10 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 % çoxdur.

Cari ilin 10 ayında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 20,9 % çox, yəni 9 mlrd kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,8 mlrd kubmetr olub.

Qeyd edək ki, Türkiyəyə təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə çatdırılır. Gürcüstana isə Bakı-Tbilisi-Ərzurum və Qazıməmməd-Qazax kəmərləri vasitəsilə nəql olunur.

Son xəbərlər

Orphus sistemi