Azərbaycan qaz ixracını 18%-dək artırıb

Azərbaycan qaz ixracını 18%-dək artırıb Bu qazın 82,7%-i Türkiyəyə göndərilib
Energetika
225
22 Sentyabr , 2020 10:55
Azərbaycan qaz ixracını 18%-dək artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xaricə qaz satışı 8,7 mlrd kubmetr təşkil edib.

“Report” Azərbaycan Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% çoxdur.

Bu ilin yanvar-avqust aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 25,3% çox, yəni 7,2 mlrd kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,5 mlrd kubmetr olub.

Qeyd edək ki, Türkiyəyə təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə çatdırılır. Gürcüstana isə Bakı-Tbilisi-Ərzurum və Qazıməmməd-Qazax kəmərləri vasitəsilə nəql olunur.

Son xəbərlər

Orphus sistemi