Azərbaycan qaz ixracatçı ölkələrlə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan qaz ixracatçı ölkələrlə əməkdaşlıq imkanlarını müzakirə edib Energetika naziri Pərviz Şahbazov ilə Qaz İxracatçı Ölkələr Forumunun (GECF) baş katibi Məhəmməd Həməl arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Energetika
21 Fevral , 2022 13:26
Azərbaycan qaz ixracatçı ölkələrlə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Qaz İxracatçı Ölkələr Forumunun (GECF) Baş katibi Məhəmməd Həməl arasında əməkdaşlıq imkanları müzakirə olunub.

“Report” xəbər verir ki, bu barədə nazir tviter səhifəsində paylaşım edib:

“Baş katib Məhəmməd Həməl ilə görüşdə dünya qaz bazarının inkişafını və müasir problemlər baxımdan Qaz İxracatçı Ölkələr Forumu ilə Azərbaycan arasındakı əməkdaşlığı dəyərləndirdik”.

Məlumata görə, nazir bu gün və sabah paytaxt Dohada keçiriləcək Qaz İxrac edən Ölkələr Forumunun (GECF) Nazirlər İclasında, GECF-in dövlət və hökumət başçılarının 6-cı Sammitində iştirak edəcək.

GECF-in toplantılarında qlobal qaz bazarının mövcud vəziyyəti, inkişaf perspektivləri və qaz ixrac edən ölkələr arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək. P.Şahbazovun hər iki tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi