Azərbaycan Portuqaliyaya neft satışından qazancını 2 dəfədən çox artırıb

Azərbaycan Portuqaliyaya neft satışından qazancını 2 dəfədən çox artırıb Bu ilin yanvar-aprel aylarında Azərbaycan Portuqaliyaya 573 min 651.07 ton xam neft ixrac edilib
Energetika
23 May , 2022 13:24
Azərbaycan Portuqaliyaya neft satışından qazancını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Portuqaliyaya 573 min 651,07 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 400 milyon 522,39 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycandan Portuqaliyaya ixrac olunmuş məhsulun həcmi 2021-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 27,1 %, dəyəri isə 2,07 dəfə çoxdur.

Azərbaycandan Portuqaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 6,05 % olub. Portuqaliya həcmlərinə görə Azərbaycandan xam neft ixrac edən üçüncü ölkədir. Ötən ilin eyni dövründə isə bu siyahıda dördüncü olub.

Xatırladaq ki, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan ümumilikdə 9 milyon 481 min 168,95 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 6 milyard 544 milyon 674,13 min ABŞ dolları təşkil edib.

Ötən 4 ayda xarici ticarət dövriyyəsinin 11,823 milyard ABŞ dolları ixracın, 4,041 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 85,8 % çox, idxal isə 14,5 % artıb.

Son xəbərlər

Orphus sistemi