Azərbaycan ötən il İsrailə ixrac etdiyi neftin həcmini açıqlayıb
- 22 yanvar, 2024
- 08:09
2023-cü ildə Azərbaycandan İsrailə 2 milyon 270 min 342,65 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 milyard 394 milyon 267,62 min ABŞ dolları təşkil edib.
Azərbaycandan İsrailə ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin göstəriciləri ilə müqayisədə 0,83 %, dəyəri isə 16,63 % azdır.
İsrailə ixrac edilən xam neftin ümumi neft ixracında payı 8,72 % olub.
2023-cü ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 26 milyon 047 min 289,51 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 16 milyard 240 milyon 829,63 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 51 milyard 184 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 33 milyard 899 milyon ABŞ dolları ixracın, 17 milyard 285 milyon ABŞ dolları isə idxalın payına düşüb.