Azərbaycan oktyabrda elektrik enerjisi idxalını cüzi azaldıb

Azərbaycan oktyabrda elektrik enerjisi idxalını cüzi azaldıb Bu ilin oktyabr ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2 milyard 168,8 milyon kVt/saat, ixracı 125,8 milyon kVt/saat, idxalı isə 10,3 milyon kVt/saat olub.
Energetika
30 Noyabr , 2021 09:43
Azərbaycan oktyabrda elektrik enerjisi idxalını cüzi azaldıb

Bu ilin oktyabr ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2 milyard 168,8 milyon kVt/saat, ixracı 125,8 milyon kVt/saat, idxalı isə 10,3 milyon kVt/saat olub.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2021-ci ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinə dair operativ məlumatında deyilir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 273,1 milyon kVt/saat, ixrac 66 milyon kVt/saat artıb, idxal isə 0,4 milyon kVt/saat azalıb.

Son xəbərlər

Orphus sistemi