Azərbaycan Niderlanda neft ixracını bərpa edib
- 21 iyun, 2024
- 14:14
Bu ilin may ayında Azərbaycan 1 il 6 aylıq fasilədən sonra Niderlanda xam neft ixracını bərpa edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Ötən ay Azərbaycan Niderlanda 89 min 955,02 ton xam neft ixrac edib. Bu miqdarda məhsulun dəyəri 57 milyon 024,78 min ABŞ dolları təşkil edib.
Niderlanda ixrac edilən xam neftin Azərbaycanın yanvar-may aylarında olan ümumi neft ixracında payı 0,91 % olub.
Sonuncu dəfə Niderlanda 2022-ci ilin oktyabr ayında 62 milyon 240,63 min ABŞ dolları dəyərində 82 min 880,85 ton xam neft tədarük edilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycan 6 milyard 258 milyon 631,31 min ABŞ dolları dəyərində 9 milyon 869 min 672,49 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
5 ayda Azərbaycan xarici ölkələrlə 18 milyard 439 milyon 272,4 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 11 milyard 138 milyon 581 min ABŞ dolları ixracın, 7 milyard 300 milyon 691,4 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 30,9 % azalıb, idxal isə 6,75 % artıb.