​Azərbaycan neftinin qiyməti yenidən 50 dolları üstələyib

​Azərbaycan neftinin qiyməti yenidən 50 dolları üstələyib "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,4 dollara çatıb
Energetika
212
21 May , 2016 10:56
​Azərbaycan neftinin qiyməti yenidən 50 dolları üstələyib

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,08 dollar və yaxud 2,2% bahalaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,40 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi