Azərbaycan neftinin qiyməti yenidən 125 dolları keçib
Energetika
- 02 iyul, 2022
- 05:23
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,9 ABŞ dolları, yaxud 1,54 % artaraq 125,3 ABŞ dolları təşkil edib.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 111,48 ABŞ dollardan satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
04:48
ABŞ-də federal agentlər iki nəfəri güllələyib
Digər ölkələr04:10
İran Prezidenti xalqın tələblərini dinləməyin vacib olduğunu bəyan edib
Region03:45
Danimarka və ABŞ rəsmiləri Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını müzakirə ediblər
Digər ölkələr03:07
ABŞ Nigeriyaya yenidən zərbələr endirə bilər
Digər ölkələr02:40
Kiyevə növbəti dəfə kütləvi raket və dron hücumu edilir
Digər ölkələr02:24
Tacikistanda zəlzələ olub
Digər ölkələr02:17
İspaniya Superkubokunun finalçıları məlum olub
Futbol02:12
Tramp Maduronu əfv etmək niyyətində deyil
Digər ölkələr01:34