Yuxarı
    Bağlamaq

    ​Azərbaycan neftinin qiyməti sabit qalıb

    Hazırda Azeri LT CIF markalı neftin bir barelinin qiyməti ötən gün olduğu kimi 51,24 dollara bərabər olub

    Bakı. 5 avqust. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti dəyişməz qalıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

    Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti ötən gün olduğu kimi 51,24 dollara bərabərdir.

    Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda isə 54,02 dollar/barel olub. Qeyd edək ki, dünən "Azeri LT CIF" markalı neftin bir bareli 5% ucuzlaşıb.

    Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi