​Azərbaycan neftinin qiyməti aşağı düşüb

​Azərbaycan neftinin qiyməti aşağı düşüb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,13 dollara bərabərdir
Energetika
3 Oktyabr , 2015 11:23
​Azərbaycan neftinin qiyməti aşağı düşüb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,24 dollar, yaxud 2,46% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,13 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi