Azərbaycan neftinin qiyməti artıb

Azərbaycan neftinin qiyməti artıb
Energetika
30 Oktyabr , 2018 09:34
Azərbaycan neftinin qiyməti artıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,32 dollar və yaxud 0,41% artıb.

"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 78,59 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər