Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb

Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb
Energetika
72
14 Sentyabr , 2018 09:36
Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,81 dollar və yaxud 2,22% azalıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 79,69 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.