Azərbaycan neftinin qiyməti 79 dolları keçib

Azərbaycan neftinin qiyməti 79 dolları keçib
Energetika
16 May , 2018 09:31
Azərbaycan neftinin qiyməti 79 dolları keçib
Report

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,67 dollar və yaxud 0,85% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 79,28 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.