Azərbaycan neftinin qiyməti 60 dollara qədər ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 60 dollara qədər ucuzlaşıb Azərbaycanın dünya bazarına çıxararaq satdığı Azeri LT CIF markalı xam neftin qiyməti 0,74 ABŞ dolları və yaxud 1,20% azalıb.
Energetika
4 Sentyabr , 2019 12:56
Azərbaycan neftinin qiyməti 60 dollara qədər ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,74 ABŞ dolları və yaxud 1,20% azalıb.

"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 60,85 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi