Azərbaycan neftinin qiyməti 55 dollardan aşağı düşüb

Azərbaycan neftinin qiyməti 55 dollardan aşağı düşüb "Azeri LT CIF" markalı neftin qiyməti 54,9 dollar/barelə enib
Energetika
7 Dekabr , 2016 09:36
Azərbaycan neftinin qiyməti 55 dollardan aşağı düşüb

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,04 dollar və yaxud 1,86% azalıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 54,91 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi