Azərbaycan neftinin qiyməti 44 dollardan aşağı düşüb

Azərbaycan neftinin qiyməti 44 dollardan aşağı düşüb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 43,93 dollara bərabərdir
Energetika
3 Dekabr , 2015 09:40
Azərbaycan neftinin qiyməti 44 dollardan aşağı düşüb

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,28 dollar yaxud 2,83% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 43,93 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər