Azərbaycan neftinin qiyməti 40 dolları keçib

Azərbaycan neftinin qiyməti 40 dolları keçib "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 40,35 dollara çatıb
Energetika
8 Mart , 2016 11:45
Azərbaycan neftinin qiyməti 40 dolları keçib

Bakı. 8 mart. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,80 dollar yaxud 4,67% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 40,35 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi