Yuxarı
    Bağlamaq

    Azərbaycan neftinin Ceyhan limanından ixracı 2% artıb

    Ümumilikdə, 2015-ci ildə 29,1 mln. ton Azərbaycan nefti ixrac olunub

    Bakı. 7 yanvar. REPORT.AZ/ Ötən ilin dekabr ayı ərzində 2 739 625 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb ki, bu da əvvəlki ilin dekabr ayından 2% çoxdur.

    "Report" SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 1 848 765 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

    Ötən il ərzində Ceyhan limanından ixrac olunmuş neftin ümumi həcmi 29 079 649 ton təşkil edib ki, bu da 2014-cü ildən 0,16% azdır.

    Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il yanvarın 1-dək Ceyhan limanından 291 018 739 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

    Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi