Azərbaycan neftinin 40 %-dən çoxunu İtaliyaya ixrac edib
- 18 aprel, 2022
- 07:38
Bu ilin yanvar-mart aylarında Azərbaycandan İtaliyaya 2 milyon 380 min 799, 59 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 milyard 489 milyon 537,56 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-mart aylarında Azərbaycandan İtaliyaya ixrac olunmuş neftin həcmi 2021-ci ilin eyni dövrün göstəriciləri ilə müqayisədə 34,4 % az, dəyəri isə 9,7 % çoxdur.
Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi ixracında payı 40,4 % olub.
Xatırladaq ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycan ümumilikdə 5 milyon 887 min 523,51 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 3 milyard 680 milyon 031,85 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2021-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 16,4 % az, dəyəri isə 38,1 % çoxdur.