​Azərbaycan nefti yenidən ucuzlaşıb

​Azərbaycan nefti yenidən ucuzlaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 45,7 dollar/barelə enib
Energetika
5 May , 2016 08:47
​Azərbaycan nefti yenidən ucuzlaşıb

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,10 dollar yaxud 0,22% ucuzlaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 45,71 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi