​Azərbaycan nefti yenidən ucuzlaşıb

​Azərbaycan nefti yenidən ucuzlaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 36,99 dollara bərabərdir
Energetika
1 Mart , 2016 09:26
​Azərbaycan nefti yenidən ucuzlaşıb

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,23 dollar yaxud 0,62% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 36,99 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi