​Azərbaycan nefti yenidən ucuzlaşıb

​Azərbaycan nefti yenidən ucuzlaşıb “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 59,9 dollara düşüb
Energetika
15 İyul , 2015 09:37
​Azərbaycan nefti yenidən ucuzlaşıb

Bakı. 15 iyul. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,17 dollar yaxud 0,28% ucuzlaşıb. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 59,90 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 59,94, dünən isə 60,07 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi