​Azərbaycan nefti yenidən bahalaşıb

​Azərbaycan nefti yenidən bahalaşıb "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 51,1 dollara çatıb
Energetika
13 Avqust , 2015 10:09
​Azərbaycan nefti yenidən bahalaşıb

Bakı. 13 avqust. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,69 dollar yaxud 1,37% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 51,09 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 50,32, dünən isə 50,40 dollar/barel olub.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

İngilis versiyası Azeri oil price increase

Son xəbərlər

Orphus sistemi