Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 47,23 dollar/barelə bərabər olub
Energetika
16 İyun , 2017 09:33
Azərbaycan nefti yenidən bahalaşıb

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,17 dollar və yaxud 0,36% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 47,23 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi