Bakı. 19 may. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,17 dollar yaxud 0,25% ucuzlaşıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (
Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 66,99 dollara bərabərdir.
Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda və dünən 67,16 dollar/barel olub.
Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.